Yardımlıda müəllim şagirdi döyüb? – RƏSMİ AÇIQLAMA
Xəbərlər
8 Oktyabr 2025 21:09

Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində şagirdin müəllim tərəfindən döyülməsi iddia olunub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Şagirdin valideyni Elnur Məlikov iddia edib ki, 5-ci sinifdə oxuyan oğlu müəllim tərəfindən döyülüb və bu səbəbdən psixoloji travma alıb.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır:
"Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək".
Oxunub : 452
DİGƏR XƏBƏRLƏR
31 Mart 2026 15:48
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
31 Mart 2026 13:44
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
31 Mart 2026 12:44
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
31 Mart 2026 10:48
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
29 Mart 2026 13:36
Bu yolda sürət həddi bərpa edildi
28 Mart 2026 22:24
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
28 Mart 2026 13:24
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
27 Mart 2026 13:42
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
25 Mart 2026 13:06
Bu yolda sürət həddi endirildi - FOTO
23 Mart 2026 18:13
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
23 Mart 2026 09:13
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
20 Mart 2026 14:44
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
ŞƏRH YAZ










