“Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı”

Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı şikayətçi sosial şəbəkələrdə videolar yayıb.
O bildirib ki, sentyabrın 17-də övladını dərsə yola salıb. Məktəbdə olarkən isə riyaziyyat müəllimi A.Heydərov oğlunu vuraraq ona xəsarət yetirib: “Müəllim dərs tapşırığını yaxşı yerinə yetirmədiyinə görə yumruqla uşağın üzünə zərbə endirib. Bundan sonra uşaqda güclü qorxu-stres yaranıb, evə gələndə kəkələyirdi. Bir neçə gün keçdikdən sonra övladımın problemləri daha da artdı, özündən gedir, heç kimi tanımır. Həmçinin gözlərində, baxışlarında problem yarandı. Bir adamı 2 nəfər kimi görür. Biz uşağı xəstəxanaya apardıq. Orada bildirdilər ki, övladımda güclü qorxu yaranıb və psixologiyası pozulub. Uşağa müalicə yazdılar və qaranlıq otaqda sakit saxlamağı məsləhət gördülər”.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirildi ki, hazırda həmin müraciət əsasında Yardımlı Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır: “Təyin edilmiş müvafiq ekspertizanın rəyi və araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












