Yer kürəsini maqnit qasırğaları bürüyəcək

Növbəti iki gün ərzində (mayın 7-də və 8-də) Yer kürəsində maqnit qasırğaları və geomaqnit dalğalanmaları gözlənilir.
Avtosfer.az-ın Kp.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib. Alimlər buna səbəb kimi planetin yaxınlığında günəş küləyinin sürətinin artmasını göstərirlər.
Bu günlərin hər birində maqnit fırtınasının başvermə ehtimalı təxminən 33% (qırmızı səviyyə) təşkil edir, 33%-i daha zəif dalğalanmaların payına düşür (sarı səviyyə). Eyni şansla maqnit sahəsi yaşıl zonada qala bilər. Hadisənin ümumi intensivliyi orta səviyyədə qiymətləndirilir.
Alimlər aydınlaşdırıblar ki, günəş aktivliyi hazırda aşağıdır. Lakin həftənin sonuna qədər partlayışların sayında artım mümkündür. Dalğalanmaların daha güclü dövrü 15-18 may tarixlərinə proqnozlaşdırılır.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












