Yol polisi maşını cərimə meydançasına apardı, 13 min manat yoxa çıxdı

İmişli rayonunun Ağaməmmədli kənd sakini, bank əməkdaşı Dəyanət Kazımov Avtosfer.az saytına müraciət edərək İmişli rayon hüquq mühafizə orqanı əməkdaılarnın hərəkətlərindən narazılığını bildirib. Onun sözlərinə görə, İmişli rayon DYPŞ-nin əməkdaşı Xalid Əsədov heç bir səbəb olmadan və heç bir baxış aktı keçirmədən 24.01.2016-cı il tarixdə, saat 23:00 radələrində onun xidməti avtomobilini cərimə meydançasna aparıb: «Xalid Əsədov vəzifəsindən istifadə edərək qeyri-qanuni olaraq İmişli Rayon Mərkəzi Xəstəxanasının feldşeri Firdovsi Zeynalovun adından sərxoşluq (658 nömrəli) haqqında tibbi müaniyə aktı hazırlayaraq sürücü Saxavət Kazımovun yüngül dərəcəli sipirtli içki qəbul etdiyini qeyd etmişdi. Lakin Zeynalov bu aktın yazılmasından hec bir məlumatı olmadığını bildirdi. Həmin axşam Səxavət Kazımov Saatlı Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçib və onun heç biri spirtli içki qəbul etmədiyi təsdiq olundu. Avtomobil cərmə meydançasına aparlarkən maşında mənə məxsus olan 13700 manat pul var idi. Həmən axşm «102» xidmətinə müraciət edərək maşında olan pulumu götürmək üçün mənə köməklik ediməsini xaiş etsəm də, mənə heç biri köməklik edilmədi. Mənə məxsus olan pulun kim tərəfindən götürüldüyü məlum deyil. Mən bu işlə bağlı İmişli rayon Prokurorluğuna müraciət etdim. Oradakn bildirildi ki, biz dəfələrlə cərimə meydançasında olan kamera görüntüsünü tələb etsək də, İmişli RPŞ kamera görüntüsünün verilməsindən imtina edir. Mən bu işlə bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət etsəm də, mənə pulumun qaytarılmasında heç bir köməklik edilmir».
Oxucunun göndərdiyi sənədlərin fotolarını təqdim edirik və qarşı tərəfi də dinləməyə hazırıq.
Emin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ



























