Yol polisi piyadaya gülməli bildiriş göndərdi - FOTO

Bakıda yol polisinin piyadaya yazdığı cərimə narazılıq yaradıb. Cəfər Cəfərli Avtosfer.az-a bildirib ki, o, piyada keçıdinə daxil olub bir neçə addım atandan sonra svetoforun qırmızı işığı yanıb. Qarşı tərəfdə olan polis isə ona protokol yazaraq 20 manat cərimə edib. Amma o, protokolu imzalamaqdan imtina edib. Bunun əvəzində Cəfər Cəfərlinin ünvanına fotoda gördüyünüz bildirişi göndəriblər. Bildiriş Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Qədir Zeynalovun imzası ilə göndərilib. Cəfər Cəfərli deyir ki, ona qanunsuz olaraq yazılan protokol bir yana, DYP-dən gələn bildirişin forması da normal deyil. Belə ki, bildiriş nəqliyyat vasitələrinin sürücüləri üçün nəzərdə tutulsa da, piyadaya da eyni formalı bildirişlərdən göndərirlər. Belə ki, bildirişin bu hissəsi Cəfər Cəfərlidə gülüş və təəccüb yaradıb: «Piyada markalı, piyada dövlət qeydiyyat nişanlı avtomobil…».
Vətəndaş bildirir ki, o piyadadır və üzərində markası və dövlət nömrə nişanı yoxdur… Buna görə də, Cəfər Cəfərli DYP-yə getməyə bilər. Çünki onun piyada markalı avtomobili yoxdur. Və ona aid texniki şəhadətnaməsi də mövcud deyil. Yəni, bu bildirişdə vətəndaşın DYP-yə niyə çağırıldığı aydın deyil.
Doğrudan da bu cür bildiriş formalarının vətəndaşlara göndərilməsi normal hal sayıla bilməz. Bir halda ki, Dövlət Yol Polisi Azərbaycanda, xüsusən də Bakı şəhərində piyadalara qarşı ciddi mübarizə aparır, o zaman piyadalar üçün də ayrıca bildiriş və protokol formasının hazırlanması yaxşı olardı. Belə olduqda, vətəndaşlar da DYP-nin göndərdiyi sənədi gülüş obyektinə çevirməzlər.
O ki qaldı piyadanın qayda pozmadığını, keçidə daxil olandan sonra svetoforun qırmızı işığının yandığı fikirlərinə, əgər doğrudan da vəziyyət belədirsə, o zaman ona cərimə yazmaq doğru deyil. Çünki qanunvericiliyə görə, piyada və ya sürücü yalnız svetoforun qadağanedici siqnalı verilərkən hərəkəti davam etdirməyə görə məsuliyyət daşıyırlar. Qadağanedici siqnal verilərkən yolayırıcana və ya keçidə daxil olan piyada, yoxud nəqliyyat vasitəsi hərəkəti başa çatdırmalıdır və onlara yol vermək lazımdır.
Ümid edirik ki, Cəfər Cəfərlinin müraciəti ilə bağlı kamera görüntülərinə baxandan sonra DYP tərəfindən obyektiv qərar çıxarılacaq.
Elməddin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











