Yol polisi sürücüləri cüt-cüt radara salır - FOTO

Bakı şəhər sakini Təbriz Yusubov idarə etdiyi «VAZ» markalı, 90-GB-069 qeydiyyat nişanlı avtomobillə 04.02.2016 tarixdə «Maşın bazarından» üzü Bakı şəhər DYP İdarəsi istiqamətində hərəkətdə olarkən radara düşüb. Lakin o hesab edir ki, YPX avtomobilində quraşdırılmış radar vasitəsi ilə sürəti yanlış ölçülərək ona MMX 2220412 nömrəli protokol tərtib olunub: «Protokolda 93 km/saat sürətlə hərəkət etdiyim qeyd olunub. Lakin mən o yolu heç vaxt 60 km/saat sürətdən artıq hərəkət etməmişəm. Həmin yolda 5.22 nişanı olmayan vaxtı da mən 60 km/saat sürətdən artıq hərəkət etməmişəm. Həmin ərazidə sürücülər hərəkət sürətini düzgün seçə bilmədikləri üçün dəfələrlə DYP idarəsinə müraciət edərək həmin əraziyə 5.22 nişanının bərpa olunmasını tələb etmişəm. Mən intizamlı sürücü olaraq həmişə yol hərəkəti qaydalarına tam riayət edirəm və sürücüləri də intizamlı olmağa dəvət edirəm. İndi hansısa intizamsız sürücüyə görə mən əziyyət çəkirəm. Fotodan gördüyünüz kimi, mənim solumda hərəkətdə olan "Mitsubishi Pajero" markalı avtomobil hərəkət sürətini aşıb və ona tərtib olunası protokol səhvən mənim avtomobilimin hərəkət sürətini aşması kimi qeyd olunaraq protokol mənə tərtib olunub. Dövlət Yol Polisi İdarəsinin rəisinə müraciət edəcəm və xahiş edirəm ki, mənə tərtib olunmuş protokola xitam versin».
Emin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











