Yol polisindən nazirə şikayət - FOTO

Masallı rayon sakinləri rayon polis idarəsinin yol polis bölməsinin çavuşu Vasif Ələsgərovla bağlı daxili işlər naziri Ramil Usubova şikayət məktubu ünvanlayıblar. Avtosfer.az aznews-a istinadən xəbər verir ki, şikayət məktubunda Vasif Ələsgərovun sürücülərdən xərac yığması, buna etiraz edildikdə maşınların cərimə meydançasına aparılması və onların təhqir olunmaları barədə iddia yer alıb. Bildirilir ki, bölmə çavuşu bu vəzifəyə rüşvətlə gəldiyini, buna görə də qorxusu olmadığını açıq şəkildə ifadə edir. Məktubda qeyd olunub ki, Vasif Ələsgərov əvvəllər Nəqliyyat Departamentində işləyib və rüşvət aldığına görə bu qurumdan xaric edilib. İndi də bu özbaşınalığını davam etdirir, qanunları pozmaqla yanaşı polisə yaraşmaya həyat tərzi keçirir, hətta iş saatlarında da eyş-işrətlə məşğul olur.
Şikayətçilər məktubunda daxili işlər naziri Ramil Usubovdan bölmə çavuşunun işinin araşdırılması və müvafiq tədbir görülməsini xahiş ediblər.
Məsələ barədə əlavə məlumat verəcəyik.


Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












