Yol polisindən ŞOK addım; Ayıq sürücü gedən kimi maşını cərimə meydançasına apardılar - FOTO

Bakıda yol polisindən şikayətlərin sayı durmadan artır. Belə bir şikayətlə azxeber.com-a müraciət edən Bakı sakini Vasif İsmayılovyol patrul xidmətinin əməkdaşının onun avtomobilini qanunsuz şəkildə cərimə meydançasını apardığını bildirib. Belə ki, 30 mart gecə saat 03:00-da ayıq sürücü ilə evinə gələn vətəndaş yol polisinin "qurbanı" olub: "Dünən gecə içkili olduğuma görə evə getmək üçün ayıq sürücünü çağırdım. Yolda gedərkən 99-YP-384 nömərli YPX əməkdaşı bizi saxladı, polis ayıq sürücünün içkili olmadığını görüb,bizi buraxdı. Ayıq sürücü məhəlləmizə gəlib, maşını park etdi və getdi. Elə bu anda mən siqaretimi götürməyə və şüşələri bağlamaq üçün avtomobilimə mindim. Həmin an polis mənə yaxınlaşdı və bildirdi ki, maşın cərimə meydançasına getməlidir. Mən buna etiraz etdim və bildirdim ki, bu qanunsuzdur. Hətta təklif etdim ki, kameranı açaq və baxaq. Ancaq polis razılaşmadı və evakuator çağırıb maşını apardılar".
10-DN-313 markalı "Tofaş" avtomobilin sürücüsü həmçinin onu da bildirib ki, avtomobili hazırda Nizami rayon cərimə meydançasındadır və qanunsuz əməlinə görə 99-YP-384 nömərli YPX əməkdaşından şikayət edib, yaxın günlərdə məhkəmə olacaq.
Vətəndaş yol polisinin cərimələnməsini tələb edir.
Son olaraq hadisə yerindən çəkilən fotonu təqdim edirik:
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












