Yol polisinin eyni küçədə köhnə üsulla «avtoş ovu» davam edir – Köhnə hamam, köhnə tas

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının hələ də eyni məkanda, köhnə üsuallardan istifadə etməklə sürücüləri «tora» salması barədə məlumatların ardı-arası kəsilmir. Bu dəfə Sadiq Həsənov adlı oxucumuz Avtosfer.az saytına Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının sürücüləri tələyə salıb «avtoş» adı ilə saxlaması barədə müraciət edib. O bildirib ki, Nəsimi rayon DYPŞ-nin 99-YP-274 dövlət nömrə nişanlı ekipaji hər gün axşam sürücüləri tələyə salır. Sadiq Həsənovun yazdıqlarını olduğu kimi təqdim edirik: «Belə ki, 99-YP-274 hər gün axşam 10-FM-099 dövlət nömrə nişanlı «Hyundai Grandeur» markalı avtomobilin sürücüsü ilə əlbir olaraq Rəşid Behbudov küçəsində vətəndaşları soymaqla məşğuldurlar. 10-FM-099 nömrəli mahın Rəşid Behbudov küçəsində ziqzaqvari hərəkət ederek açıq şəkildə qaydanı kobud pozur və onunla birlikdə orada hərəkət edən digər avtomahınların sürücülərinə göz-qaş hərəkətləri ilə el arasında «Bəlkə sürək?» kimi başa düşülən işarə verir. İradəsi zəif olan vətəndaşlar da bu işarəyə aldanıb Rəşid Behbudov küçəsindən balayıb Bakıxanov küçəsinin kəsişməsinə qədər yarışırlar. Bu zaman 10-FM-099-un sürücüsü dərhal 99-YP-274 ekipajına artıq onun toruna düşən maşının nömrəsini ötürür və A.Bakıxanov-Rəşid Behbudov küçələrinin kəsişməsində 10-FM-099 nömrəli avtomaşın üçün şərait yaradılır ki, YPX əməkdaşının əlindən «qaçsın». Bu zaman isə onunla birlikdə yarışan digər avtomaşın 99-YP-274 nömrəli ekipaj tərəfindən saxlanılır və avtoxuliqan kimi qeydə alınaraq maşın cərimə meydançasına aparılır. Beləliklə də, səhərə kimi bu proses təkrarlanır. Səhər isə avtomaşının sahibi maşınını cərimə meydançasından çıxarmaq üçün 500 manat verməli olur».
Sadiq Həsənov aidiyyatı orqanlardan xahiş edir ki, bu məsələni araşdırıb müvafiq tədbirlər görsünlər.
Əlavə olaraq bildiririk ki, bu tipli şikayətlər artıq bir neçə ildir səslənsə də, Nəsimi DYPŞ ilə bağlı heç bir tədbir görülmür. Bir sürücünü «avtoş» kimi tora salıb tutmaq, 500 manat cərimə eləmək başqa bir işdir, amma bunun nəticəsində kiminsə qəzaya düşüb ölə biləcəyini, ömürlük şikəst qala biləcəyini də nəzərə almaq lazımdır. Yəni, əgər deyilənlər doğrudursa və ya sürücünü qızışdırıb hoqqabazlıq etməsinə DYP əməkdaşı az da olsa şərait yaradırsa, bu, çox biabırçı haldır və dərhal qarşısı alınmalıdır. Eyni zamanda, belə sürücüləri də cəzasız buraxmaq olmaz. Çünki öz iradəsinin yox, başqasının təsiri altında sükan arxasına əyləşən insanlardan hər nə desən gözləmək olar. Yəni, kiminsə göz-qaşı ilə «avtoş»luq edənin şüurunun normal olduğu şübhə altındadır.
Elmin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










