Yük maşınlarına qənim kəsilən DYP işçisi kimdir? - AĞDAŞDA

Ağdaş rayonunda yükdaşıma ilə məşğul olan sürücülərin qənimi peyda olub. Avtosfer.az jam.az-a istinadən xəbər verir ki, həmin «qənim kəsilmiş şəxs» isə DYP əməkdaşıdır. Alı Yusibov adlı rayon sakini yazır ki, xeyli müddətdir «Şachman» markalı yük maşını sürür. O qeyd edir ki, Ağdaş rayonunda bütün yük maşınlarının sürücülərini incidirlər və süründürməçiliyə məruz qoyurlar. «Bakıdan mişar daşını alaraq, 300 km yol sürüb, gəlirik. 4 stasional post keçirik, hamısında saxlayıb, sənədlərimizi yoxlayıb, incitmədən buraxırlar. Lakin Ağdaşda yerli DYP əməkdaşı, 99YP 553 dövlət nömrə nişanlı xidməti maşını idarə edən Razi adlı inspektor bizə qənim kəsilib».
Alı Yusibov bildirir ki, Razi adlı DYP əməkdaşı müxtəlif bəhanələrlə onları saxlayır. «Məsələn, deyir ki, yükün normadan ağır olmasından şübhələnir. O zaman tələb edirik ki, tərəzini göstərsin və məsələdə bununla həllini tapsın. Amma Ağdaş rayonu ərazisində tərəzi mövcud deyil. Belə olan təqdirdə, Razi bizdən tələb edir ki, 50 km aralıda, Yevlaxa yaxın yerdə tərəzi var, maşın da gərək ora sürülə. Bu isə bizim üçün əlavə xərc deməkdir».
Ağdaş sakini bildirir ki, DYP əməkdaşı Razinin bu qədər əmin-arxayın olmasının dəqiq səbəbləri məlum deyil. Amma hər işdə Ağdaş YPX-nin rəisi Namiq müəllimin adını çəkir. «Razi deyir ki, guya, Namiq müəllim yüksək çinli məmurlardan birinin qohumudur və bu səbəbdən də kimsə ona bir şey edə bilməz. Ona görə də, rahatlıqla, bizi incidərək pul almaqla məsələ «həll» edir. Bu gün rayonda onlarla yük maşını sürücüsü adını çəkdiyim şəxsin əlindən əziyyət çəkir. Biz də kiçik sahibkarıq. Dövlət başçısının qəti tapşırığı var ki, sahibkarlıqla məşğul olanlara maneçilik törədilməməlidir. Lakin görünən odur ki, həmin tapşırığın Ağdaş YPX-ya heç bir aidiyyatı yoxdur».
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












