Ziya Məmmədovun oğlunun şirkətindən şikayət var – Sahibkarlığa maneə
Heç kimə sirr deyil ki, dövlət başçısı İlham Əliyev bütün çıxışlarında hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlisi barədə tövsiyə və tapşırıqlarını verir. Elə son çıxışlarının birində də prezident bildirmişdi ki, sahibkarların fəaliyyətinə dəstək verilməlidir, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidir. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər. Amma deyəsən bütün bu deyilənlər “Qarant İnşaat Sənaye” MMC üçün keçərli deyil. Bu şirkət inzibati üsullardan istifadə edərək bazardakı rəqibləri ilə yazılmayan qaydalarla mübarizə aparır. Söhbət ondan gedir ki, sement istehlakı bazarında payı olan bu şirkət bazardakı rəqiblərini azad rəqabətə zidd olan qaydalarla vurmağa başlayıb. Özü də bu vurulma məhz kiçik sahibkarlara yönəlib. O kiçik sahibkarlara ki, bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadiyyatın qan damarı hesab olunur.
Bir qədər əvvəl “Qarant Sənaye İnşaat” sement bazarında fəaliyyət göstərən, kiçik istehsal müəssisələrinə qarşı dava açıb. Xüsusnə də «Qaradağ EZ SPEAK» MMC-yə qarşı həm mətbuatda, həm də elə tikinti bazarında əsil qara piar işə dşüb. İş hətta o yerə gedib çıxıb. “Garant İnşaat Sənaye” fərdi sahibkar Ağayev Anar Gülağa oğluna qarşı iddia qaldıraraq guya müəssisəyə məxsus sement əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi, UNİVERSAL adı altında sement istehsalının dayandırılması, bu adda sement məhsulunun ticarət dövriyyəsindən çıxarılaraq məhv edilməsi, əmtəə nişanından qanunsuz istifadəyə görə vurulmuş zərər üçün kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını tələb edib. İddia tələbinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Maraqlıdır ki, qarant məhkəməyə də təzyiqi davam etdirir. Və bununla da adıgedən müəssisəni cəzalandırmaq niyyətindədir. Amma “Qarant” adi bir həqiqəti başa düşmür, ya düşmək istəmir. Söhbət UNİVERSAL sözündən gedir.
"Qarant İnşaat Sənaye” MMC tərəfindən iddia olunan “Universal” əmtəə nişanının “Qaradağ AA” tərəfindən təqlid olunması cəfəngiyyatdır və absurddur. Çünki Universal sözü beynəlxalq və ümumişlək sözdür. Belə bir sözü heç bir mühafizə olunan söz kimi qəbul etmək olmaz. Bu barədə “Qarant İnşaat Sənaye” MMC – yə məxsus Azbentonit əmtəə nişanına dair şəhadətnamədə də öz əksini tapıb. Hazırda Azbentonit əmtəə nişanı altında istehsal olunan "Universal" markalı sement məhsulunun bazarda rəqabət apara bilmədiyi üçün "Qarant İnşaat Sənaye” MMC Standart adlı başqa əmtəə nişanı adı altında sement məhsulu istehsal etməyə başlayıb. Lakin burada da sementin keyfiyyət göstəriciləri qat-qat aşağıdır.
«Qaradağ EZ SPEAK “Qaradağ AA” brendi altında sement istehsal edir. Özü də oduqca keyfiyyətli sement. Qrantın istehsal etdiyi keyfiyyətsiz, bazarda tökülüb qalmış “Standart” adı altında istehsal olunana sementdən fərqli olaraq Qaradağ-AA-ya istər Bakıda, istərsə də əyalətdə ciddi təlabat var. Bazarda azad rəqabət şəraitində kiçik müəssisələrə belə uduzan “Qarant” yaxşı olardı ki, öz məhsulunun keyfiyyətinə nəzarət etsin. Yarıtmaz marketinq siyasəti, bacarıqsız kadrlarla idarəetmə sonucda təbii ki iflasa uğrayacaq. “Qarant”ın başında duran hörmətli şəxslərin yəqin ki, öz fərasətsiz işçilərindən xəbəri yoxdur. Onlar bilməliydi ki, başqasının məhsulunu qaralamaqdansa, öz daxillərində, o boyda texnologiya ilə keyfiyyətli sement istehsal etsəydilər daha yaxşı olardı.
Fərid