"Zülfi Hacıyev" kran gəmisinin əsaslı təmiri başa çatıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zülfi Hacıyev" kran gəmisinin əsaslı təmiri yekunlaşıb. Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, təmir prosesi "Bibiheybət" Gəmi Təmiri Zavodunda yerinə yetirilib. Məlumata əsasən, təmir müddətində 100 ton yükqaldırma qabiliyyətinə malik kranın bütün istiqamətləndirici halqaları çıxarılıb və əsaslı təmir edilərək yerlərinə quraşdırılıb. Həmçinin gəmi üzrə braşpil və şpil qurğuları, nasoslar, boru sistemləri, sanitar qovşaqlar və elektrik mühərriklərinin cari təmir işləri aparılıb. Təmir çərçivəsində "Zülfi Hacıyev" gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, lövbər zəncirləri, protektor qurğuları sazlanıb, gəmi üzrə rəngləmə işləri görülüb. Gəmidə 1 dəst "X-Band" tipli radar və 2 dəst "VHF" tipli yeni stasionar radiostansiyalar quraşdırılıb. Kran gəmisinin komanda yayım qurğusunun əsaslı təmir-bərpa işləri aparılıb. İşlər başa çatdıqdan sonra "Zülfi Hacıyev"in kran qurğusunun sınağı aparılıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib. "Zülfi Hacıyev" gəmisinin uzunluğu 98,55, eni 17 metrdir.
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU












