“Ağ şəhər”in arxasındakı məhəllədə sürücülər səkiləri zəbt edir - FOTO

Bütün xəbərdarlıqlara və tətbiq olunan cərimələrə baxmayaraq, bəzi sürücülər avtomobillərini hələ də səkilərdə park etməyə davam edirlər.
Avtosfer.az xəbər verir ki, səkilər piyadalar üçün nəzərdə tutulsa da, bu qaydanın kobud şəkildə pozulması halları hələ də müşahidə olunur.
Analoji vəziyyət Xətai rayonunda qeydə alınıb. Avtomobillərin səkiyə park olunması nəticəsində vətəndaşların məhəlləyə girişində ciddi çətinliklər yaranıb. Belə ki, Süleyman Vəzirov küçəsində 77-TH-450 dövlət nömrə nişanlı "Toyota", 40-BV-219 nömrə nişanlı “Opel Astra” və 99-TY-087 nömrəli “BMW” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini səkidə saxlamaqla həm piyadaların hərəkətinə maneə yaradıblar, həm də məhəlləyə giriş-çıxışı məhdudlaşdırıblar.

Bu məsuliyyətsiz davranış piyadaların təhlükəsiz və rahat hərəkətini məhdudlaşdırmaqla yanaşı, ictimai narahatlığa da səbəb olur.
Qeyd edək ki, bu kimi hallara yol verən sürücülərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 60 manat və əlavə olaraq 2 cərimə balı tətbiq edilir.
Fidan
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












