Atasının maşınını sürən azyaşlı özünü videoya çəkib sosial şəbəkədə reklam etdi - VİDEO

Abşeron rayonu ərazisində qayda pozuntusu törədən azyaşlı, çəkdiyi videoları sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, o, atasına məxsus 01-CN-640 qeydiyyat nişanlı "KIA" markalı avtomobili etibarnaməsi, o cümlədən sürücülük hüququ olmadan idarə edərək özünü videoya çəkir. Həmin videoları isə sosial şəbəkə hesabında paylaşaraq özünü reklam edir.
Qeyd edək ki, azyaşlıya avtomobil etibar edilməsi olduqca təhlükəli və məsuliyyətsiz addımdır. Sükan arxasına yalnız sürücülük vəsiqəsi olan və kifayət qədər təcrübəyə malik şəxslər keçməlidir. Bu cür hallarda azyaşlı sürücünün qəfil vəziyyətlərdə düzgün qərar vermək bacarığı olmur və bu da yol-nəqliyyat hadisəsi riskini artırır. Eyni zamanda, belə davranış piyadaların və digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına qoyur.
Bundan əlavə, bu tip videoların sosial şəbəkələrdə paylaşılması digər azyaşlılara da pis nümunə olur və onları oxşar qayda pozuntularına təşviq edir. Qanunvericiliyə görə isə bu kimi hallarda məsuliyyət yalnız azyaşlının deyil, avtomobili ona etibar edən valideynin də üzərinə düşür. Valideynlər nəzərə almalıdır ki, avtomobil oyuncaq deyil və məsuliyyətsiz qərarlar ağır nəticələrə səbəb ola bilər.
Fərid
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












