Atatürk prospektində kəskin dönüş və qəza riski: Həll yolu nədir? - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yaşanan problem barədə məlumat verilib.
Bildirilib ki, adıçəkilən küçədən gələn avtomobillər 1.11 xəttinin tələbinə uyğun olaraq birbaşa metronun "Gənclik" stansiyası tərəfdən gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxmalıdır.
Bu isə həm avtobusların qarşısını kəsmək deməkdir, həm də qəza şəraitinin yaranmasına səbəb olur.
Bildirilib ki, Atatürk prospektindən sağa - Həsən Əliyev küçəsinə dönmək istəyən sürücülər də eyni qaydada kəskin şəkildə manevr etməyə məcbur olurlar. Yaxşı olardı ki, prospektə çıxışda ictimai nəqliyyat zolağının heç bir əhəmiyyət daşımayan bu kiçik hissəsi avtomobillər üçün sürətlənmə zolağı kimi müəyyən edilsin.
Yəni avtomobillər qaydanı pozmadan, qanunun icazə verdiyi şəkildə soldan gələn nəqliyyat axınına məhz bu zolaq vasitəsilə qoşulsunlar. Digər tərəfdə də 1.11 xəttinin daha əvvəldən çəkilməsinə ehtiyac var.
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












