Avtobus sürücüsü dayanacağı arxada qoyub yolun ortasında saxladı - VİDEO

Paytaxtın Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsində qayda pozan avtobus sürücüsü kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, görüntülər hadisəni qeydə alan izləyici tərəfindən saytın “WhatsApp” qaynar xəttinə göndərilib.
Kadrlardan aydın görünür ki, 67 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 77-JR-032 dövlət nömrə nişanlı “Zhongtong” markalı avtobusun sürücüsü nəqliyyat vasitəsini dayanacaqdan kənarda, yolun ortasında saxlayıb.
Şikayətçinin sözlərinə görə, sürücü sərnişin mindirib-düşürmək üçün dayanıb. Nəticədə həmin zolaq üzrə hərəkət edən digər nəqliyyat vasitələrinin qarşısında maneə yaranıb.
Videodan avtobusun zolaqda tam şəkildə yerləşmədiyi və sol zolaqda hərəkət edən avtomobillər üçün də maneə yaratdığı görünür.
Qeyd edək ki, avtobusun saxlandığı yerdən bir qədər geridə dayanacaq mövcuddur.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












