Avtobusa minərkən bu qaydalara mütləq əməl edin - Mədəniyyət önəmlidir - VİDEO

Aparıcı və aktyor İlkin Həsəni ictimai nəqliyyatda davranış qaydaları ilə bağlı maarifləndirici sosial çarx paylaşıb.
Avtosfer.az xəbər verir ki, videoda gün ərzində minlərlə insanın istifadə etdiyi avtobuslarda sadə, lakin vacib qaydalara əməl etməyin həm sərnişinlərin rahatlığı, həm də ümumi hərəkət axınının sürəti üçün əhəmiyyət daşıdığı vurğulanır. Qeyd olunur ki, bir çox hallarda sərnişinlərin tələskənliyi, növbə gözləmədən avtobusa minməyə çalışması əks effekt verir və həm özlərinin, həm də avtobusun gecikməsinə səbəb olur.
Sosial çarxda bildirilib ki, avtobusa növbəli şəkildə minmək daha sürətli və rahatdır. Eyni zamanda ödəniş zamanı gecikmələrin qarşısını almaq üçün sərnişinlərdən əvvəlcədən hazır olmaları xahiş olunur. Bildirilir ki, avtobuslarda QR kod, NFC sistemini dəstəkləyən yerli bank kartları və “BakıKart” vasitəsilə ödəniş etmək mümkündür.
Videoda diqqət çəkilən digər məqam isə avtobusa minərkən salonun ön hissəsində və qapı yaxınlığında toplaşmaqdır. Sərnişinlərə arxa hissəyə doğru irəliləmələri tövsiyə olunur ki, bu da digər insanların rahat minib-düşməsinə şərait yaradır.
Bununla yanaşı, ictimai nəqliyyatda yüksək səslə telefonla danışmağın və musiqiyə açıq səslə qulaq asmağın digər sərnişinləri narahat etdiyi qeyd olunur. Sosial çarxda vurğulanır ki, bu kimi hallardan çəkinmək ümumi mədəniyyətin göstəricisidir.
Sonda qeyd edilir ki, sərnişinlər AYNA mobil tətbiqini yükləməklə avtobusların real vaxtda hərəkətini izləyə və səfərlərini daha rahat planlaşdıra bilərlər.
Maarifləndirici video ictimai nəqliyyatda davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












