Avtobusda təhlükəli anlar: Gənclər qapıdan sallanaraq həyatlarını riskə atdı - VİDEO

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sərnişindaşıma qaydalarının kobud şəkildə pozulması qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib. Belə ki, 99-QM-548 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun sürücüsü hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyib. Kadrlardan aydın olur ki, iki gənc oğlan avtobusun ön qapısından sallanıb, sürücü isə bu təhlükəli vəziyyətə baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edir. Onlardan birinin demək olar ki, tamamilə nəqliyyat vasitəsindən kənarda qalması vəziyyətin nə dərəcədə riskli olduğunu açıq şəkildə göstərir.
Qeyd edək ki, bu cür hallarda həm sürücü, həm də sərnişinlər ciddi təhlükə ilə üz-üzə qalır. Qapısı açıq vəziyyətdə hərəkət edən avtobus qəfil əyləcləmə və ya manevr zamanı ağır xəsarətlərlə nəticələnə biləcək hadisələrə səbəb ola bilər.
Xatırladaq ki, sərnişindaşıma qaydalarına əsasən, sürücü yalnız bütün qapılar bağlandıqdan sonra hərəkətə başlamalı, sərnişinlərin təhlükəsizliyini tam təmin etməlidir.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












