Avtomobilə minib-düşərkən diqqətli olun! - Cərimə olunacaqsınız

Azərbaycanın İnzibati Xətalar Məcəlləsində təkcə sürücülər deyil, sərnişinlər tərəfindən yol verilən bəzi qayda pozuntularına görə də inzibati məsuliyyət müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına görə 30 manat məbləğində cərimə tətbiq edilir.
Eyni zamanda, nəqliyyat vasitəsində hərəkət zamanı təhlükəsizlik kəmərinin bağlanılmaması da eyni məbləğdə inzibati məsuliyyət yaradır.
Bundan başqa, motosiklet, moped və digər iki təkərli nəqliyyat vasitələrində motodəbilqədən istifadə edilməməsinə görə də 30 manat məbləğində cərimə nəzərdə tutulub.
Qanunvericilik sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə motodəbilqədən istifadəyə dair tələbləri məcburi hesab edir.
Həmçinin sərnişinin sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmasına görə də 30 manat məbləğində cərimə tətbiq edilir.
Bu tələb sürücünün diqqətinin yayınmasının qarşısının alınmasına və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












