Avtoxuliqanlıq edən motosikletçilər vətəndaşların rahatlığını pozdular: Polis hərəkətə keçdi - VİDEO

Bakıda gecə saatlarında motosiklet sürücüləri səsgücləndiricilərdən istifadə edərək sakinlərin rahatlığını pozublar.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, barədə Yasamal rayon sakinləri məlumat veriblər. Məlumatda qeyd edilib ki, hər gün gecə saatlarında motosiklet sürücüləri küçələrdə səsgücləndiricilərdən istifadə edirlər, insanların istirahətinə mane olurlar.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, yol polisi tərəfindən moped və motosikletlərə müdaxilə edərək səs gücünü artıran və bununla da ətrafda yaşayan sakinlərin, eyni zamanda, yol hərəkəti iştirakçılarının haqlı narazılığına səbəb olan sürücülərin aşkarlanaraq inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir:
"Bu tip nəqliyyat vasitələrini idarə edən sürücülərə bir daha müraciət edərək bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən qeyd edilən formada nəqliyyat vasitəsinin istismar edilməsi qadağandır və belə hal aşkar edildiyi təqdirdə şəxs barəsində qanunamüvafiq tədbirlər görüləcək".
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












