Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO

50 nömrəli marşrut avtobusunun boş vəziyyətdə dayanacaqda gözləməsindən dolayı yaranan narazılıq daşıyıcı şirkətlə müzakirə olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, daşıyıcıya avtobusların hərəkət intervalına və müəyyən edilmiş iş qrafikinə uyğun tənzimlənməsi, son dayanacaq məntəqəsində maksimum bir və ya iki ədəd avtobusun dayanması barədə müvafiq tapşırıqlar verilib:
"Eyni zamanda, marşrutun son dayanacağının yenidən müəyyənləşdirilməsi ilə bağlı təhlil aparılacaq".
***
Sakinlər 50 nömrəli marşrut avtobusunun boş vəziyyətdə dayanacaqda gözləməsindən narazıdırlar.
Şikayət ünvanlayan vətəndaşlar bildiriblər ki, metronun "Neftçilər" stansiyasından Qara Qarayev prospekti istiqamətinə gedən yolda yerləşən dayanacaqda bir neçə 50 nömrəli marşrut avtobusu dayanır.
Sakinlərin sözlərinə görə, boş avtobusların dayanması sərnişin daşımaq üçün dayanacaqda saxlamaq istəyən sürücülərə çətinlik yaradır:
"Digər avtobus sürücüləri dayanacaq dolu olduğu üçün ikinci və üçüncü zolaqda saxlamaq məcburiyyətində qalır. Sərnişinlər də həmin zolağa çıxaraq avtobusa minirlər. Bu yol hərəkəti qaydalarının pozulmasıdır, sərnişinlərin də həyatını təhlükəyə atır".
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












