Bakıda avtobus sürücüsü eyni maşını iki dəfə təhlükəyə atdı - VİDEO

Paytaxtın Yasamal rayonu, 20 Yanvar dairəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 2-də saat 07:05 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, BakuBus MMC-yə məxsus, 130 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JU-337 dövlət nömrə nişanlı “BMC” markalı avtobusun sürücüsü manevr qaydalarını kobud şəkildə pozub. Belə ki, ən sağ zolaqda hərəkətdə olan sürücü geriyə dönmək üçün birbaşa ən sol zolağa keçib. Bu zaman o, görüntünü qeydə alan avtomobilə qəza şəraiti yaradıb.
Ardınca avtobus sürücüsü yenidən qayda pozub. O, sağ zolağa keçən sürücünü sıxışdıraraq və ikinci dəfə eyni avtomobilə qəza riski yaradıb.
Xatırladaq ki, sürücülər zolaq dəyişərkən digər hərəkət iştirakçılarına maneə yaratmamalı və manevri əvvəlcədən xəbərdarlıq siqnalları ilə icra etməlidirlər.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












