Bakıda avtomobildən yola plastik su qabları atıldı - 77-RY-738 - VİDEO

Paytaxtın Xətai rayonu, Məzahir Rüstəmov küçəsində qayda pozuntusu qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 10-da saat 18:14 radələrində baş verib. Kameraya düşən görüntülərdə 77-RY-738 dövlət nömrə nişanlı “Ford” markalı avtomobildə olan sərnişinin nəqliyyat vasitəsindən plastik su qablarını yol kənarındakı yaşıllıq sahəyə atmağa cəhd etdiyi əks olunur. Lakin tullantıların yolun asfalt örtüyünə düşür.
Qeyd edək ki, qanunvericiliyə əsasən, hərəkətdə olan və ya dayanmış nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə və ətraf ərazilərə məişət tullantılarının atılması qadağandır. Bu kimi hallara görə inzibati məsuliyyət nəzərdə tutulur və sürücü ilə yanaşı sərnişin də qayda pozuntusuna görə məsuliyyət daşıya bilər.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən, yollara və yol qurğularına tullantı atılmasına görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 4000 manat cərimə edilə bilər.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












