Bakıda daha bir binanın qanunsuz tikintisi dayandırılıb - Parkinqi yox imiş

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakının 5-ci mikrorayonunun sakinlərindən həyətlərində qeyri-qanuni tikinti işlərinin başlanması ilə bağlı müraciət daxil olub. Avtosfer.az bu barədə komitəyə istinadən xəbər verir. Məlumatda deyilir ki, müraciətə əsasən komitənin əməkdaşları şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirb, Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli yaşayış binalarının arasında Abbas Həsən oğlu Hüseynovun 5 mərtəbəli yaşayış binasının inşası üçün tikinti çalası qazdığını müəyyən edib. Araşdırma nəticəsində məlum olub ki, tikinti üçün icazə sənədlərinin hazırlanması prosesinin başlanmasına baxmayaraq, həmin proses başa çatdırılmyıb və Bakı Şəhər İcra Hakimiyyəti sözügedən ünvanda tikintiyə icazə verməyib. Eyni zamanda, tikintinin aparılması məqsədilə hazırlanmış ərazi planlaşdırılması sənədləri müvafiq şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edilmişdir. Belə ki, mövcud 22 və 24 nömrəli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan həyətdə yeni binanın yerləşdirilməsi layihəsində ərazinin tikinti sıxlığı yolverilən göstəricilərdən yüksək hesablanıb, həmçinin mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları və yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması və s. ilə bağlı tələblər gözlənilməyib.
Ölkə prezidentinin 24.11.2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nı rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər və Nəsimi Rayon İcra Hakimiyyətlərinə 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli binaların arasında 5 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı icrası məcburi olan “Göstəriş” göndərilib. Göndərilən sənədə əsasən, hazırda həmin ünvanda tikinti məqsədləri üçün aparılan işlərin dayandırılması, habelə ərazinin əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsi barədə tədbirlər görülməlidir. Eyni zamanda, məsələ ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib.
Emin
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO
Bir zolağa yerləşməyən sürücü ikinci zolağa keçib motosikleti sıxışdırdı - VİDEO










