Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO

Bakının Qaradağ rayonunda yerləşən Xocəsən-Lökbatan yolu sürücülər üçün təhlükəli əraziyə çevrilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a sakinlər tərəfindən şikayət daxil olub.
Bildirilib ki, yolun təhlükəli olmasına səbəb TIR-ların yolun nəinki kənarında, hətta düz ortasında park edilməsidir.
Şikayətdə vurğulanıb ki, sözügedən yolun ticarət mərkəzinin qarşısından keçməsi və ərazidə avtomobillərin hərəkətinin kifayət qədər intensiv olmasına baxmayaraq, bəzi TIR sürücüləri nəqliyyat vasitələrini qoşa xəttin üzərində saxlayaraq yolun ortasını faktiki olaraq parklanma yerinə çeviriblər.
"Bu ərazi qalıb özbaşına, nə baxan var, nə tədbir görən. Əvvəllər TIR-lar yolun kənarında dayanırdı, indi isə yolun ortasında, qoşa xəttin üzərində park edirlər. Bu isə xüsusilə gecə saatlarında sürücülər üçün ciddi təhlükə yaradır. Necə olur ki, belə böyük pozuntunu heç kim görmür və tədbir görülmür? Ərazi uzun müddətdir təmirdədir, yolun vəziyyəti bərbad, işıqlandırma isə demək olar ki, yoxdur. Üstəlik, bu cür qanunsuz parklanma vəziyyəti daha da təhlükəli edir. Görünür, bu problemin aradan qaldırılmasında heç kim maraqlı deyil. Burada ağır hadisə baş versə, məsuliyyəti kim daşıyacaq?" - deyə şikayətdə qeyd olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl sözügedən ərazidə yol örtüyünün bərbad durumda olması, bəzi yerlərdə çökmələrin yaranması səbəbindən nəqliyyatın hərəkətinin çətinləşməsi ilə yanaşı avtomobillərə ciddi ziyan dəyməsi barədə məlumat vermişdik.
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












