Banner

Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO

Qaydalar 22 Oktyabr 2026 15:18
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı    - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Qara Qarayev prospektində qayda pozuntusu qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib.

Kadrlardan görünür ki, ara küçədən gələn “Hyundai” markalı avtomobilin sürücüsü əsas yola çıxarkən yaxınlaşmaqda olan avtobusa yol verməyib. Avtomobilin böyük hissəsi avtobus zolağına daxil olduğundan avtobus sürücüsü toqquşmanın qarşısını almaq üçün qəfil sola manevr edərək digər nəqliyyat vasitələrinin hərəkət etdiyi zolağa keçməli olub.

Avtobus sürücüsünün iddiasına əsasən, sürücü həmin vaxt sükan arxasında mobil telefondan da istifadə etdiyi üçün diqqəti yoldan yayınıb.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, ikinci dərəcəli yoldan əsas yola çıxan sürücü əsas yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Həmçinin, manevr zamanı digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaq və onların hərəkət istiqamətini qəfil dəyişməyə məcbur etmək yolverilməzdir. 

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228104.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 724
ŞƏRH YAZ
Ad

E-mail

Şərh