Bakıda maşını evə salmağa çalışan sürücülər var - Blokun girişini zəbt edirlər - FOTO

Azərbaycanda bir ərazidə daimi yaşayan sürücülər özləri üçün qeyri-rəsmi parklama yeri seçirlər. Məsələn, A binasında yaşayanlar bilir ki, filan yer konkret sürücüyə aiddir. O, avtomobilini hər bir halda müəyyən edilmiş yerdə saxlamalıdır. Mən bir neçə il əvvəl ev alanda evin sahibi bildirdi ki, “balaca şam ağacının altı mənim yerimdir. Mən evi satdığım üçün yer sənə keçir”. Təbii ki, bu primitivliyə baş qoşmadım.
Təcrübə göstərir ki, kimsə səhvən başqasının yerində maşın saxlasa “yerin əsl sahibi” “çujoy maşına” həddini bildirməyi özünə borc hesab edir. Səhvən parklanmış maşına qəsdən zərər yetirilməsi az qala norma hesab edilir. Şayəd, “yer yiyəsi” maşını 5 addım kənarda saxlasa, gecə səhərədək gözünə yuxu getməyəcək. Çünki, malı göz qabağında deyil.
Peşə fəaliyyətimlə əlaqədar olaraq avtomobil istehsal edən əsas ölkələrin (Almaniya, İtaliya, Fransa, Yaponiya, hətta CAR) vətəndaşları ilə ünsiyyətdə olmuşam. Onların demək olar heç biri şəxsi avtomobilləri barədə danışmasalar da, öz ölkələrinin avtomobil istehsalı ilə fəxr ediblər. Bizdə isə fərqli olaraq kişilərin bir yerə toplaşdıqda əsas mövzusu şəxsi avtomobillərini tərifləmək və başqa markaları pisləməkdir. Qayıdaq öz mövzumuza.
Bu fotolar Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 44 saylı binanın qarşısında çəkilib. Göründüyü kimi avtomobillər blokun girişində, pəncərənin altında park edilib. İlk baxışdan düşünmək olar ki, sürücülər bunu yer olmadığı üçün edirlər. Əsla belə deyil. Bu ərazidə parklanma yeri qıtlığı yoxdur. 10 metr kənarda azı 20 maşının saxlanması üçün yer var (fotoda aydın görünür). Sadəcə olaraq sürücülər 10 metr getməmək eyni binada salamlaşdıqları insanların yolunu kəsirlər. Bundan əlavə, sürücülər avtomobillərini səkiyə qaldıra bilmək üçün əməlli-başlı “rekonstruksiya işi” aparıblar. Maşınla rahat düşüb-qalxmaq üçün səkinin kənarına beton tökülüb. Eyni hala bir çox binada rast gəlmək mümkündür.

Görəsən bu vəziyyəti bələdiyyə və JEK görmürmü? Sözün açığı inanmıram. Bu cür yöndəmsiz, qeyri-sivil davranışla mübarizə yerli idarəetmə orqanlarının birbaşa vəzifəsidir. Gözdən uzaq məhəllədə səkilər avtomobil parklamaq üçün zəbt olunursa buna bələdiyyə münasibət bildirməlidir.
Bir daha vurğulayıram ki, XXI əsrdə bir neçə addımlıqda kifayət qədər boş yer olduğu təqdirdə belə rekostruksiyalara ehtiyac yoxdur. Ən əsası, 5 addım kənarda saxlanan avtomobili heç kim oğurlamayacaq.
Xarici təcrübədə görürük ki, bu tip parklamaların cəzası qadağan olunmuş yerdə park etməkdən azı 3 dəfə çox olur. Eyni zamanda, vətəndaş özünə rahatlıq təmin etmək üçün belə “rekonstruksiya işi” də görə bilməz. Bunun da ayrı cəzası var. ən yaxşı halda, ərazi qayda pozan şəxsin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilir.

Sözardı: bir geoloq dostum zarafatla deyir ki, normada sahə kvadrat metrlə ölçülür. Bakıda isə ev sahibləri və ya dəllallar satdıqları həyət evi barədə bu tip cümlələrlə fikir formalaşdırırlar: bir (iki) maşın girən həyəti var. Bu da bizim avtomobilə verdiyimiz dəyərdən irəli gəlir.
Vüqar Yaşaroğlu
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü HƏBS EDİLDİ
Xəyalə yol hərəkəti qaydalarını pozdu - 100 manat + 2 bal cərimə - FOTO
Sıxlıqdan çıxmaq istəyən sürücülər vəziyyəti daha da çətinləşdirdi - ANBAAN VİDEO
Avtomobillərə qoşulub əks yola çıxan avtobus sürücüsü yolu kəsdi - VİDEO
Masazırda sürücülər kütləvi şəkildə əks yola çıxıb hərəkəti çətinləşdirdi - VİDEO
Yolun ortasında nəzarətsiz buraxılan heyvan sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Özünü əziyyətə salmayan sürücü 100 manatlıq qayda pozdu - VİDEO
Özünü ağıllı sayan sürücü digər maşının yolunu kəsib qırmızı işığa saldı - VİDEO
Paytaxtda avtoxuliqanlıq edən sürücü 25 gün HƏBS EDİLDİ - VİDEO
Abşeronda reyd - Motoxuliqanlar və narkoman sürücülər saxlanıldı - FOTO - VİDEO
Oyuncaq maşınla yolda şütüdü, məsuliyyətə cəlb olundu - VİDEO











