Bakıda qazi adı ilə avtomobilin nömrəsini gizlədən şəxs həbs edildi

Bakının Qaradağ rayonunda avtomobilin nömrəsini gizlədərək idarə edən sürücü həbs edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində baş verib.
Astara rayon sakini, 1991-ci il təvəllüdlü şəxs "Niva" avtomobilinin dövlət qeydiyyat nişanını dəsmalla bağlayıb hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü dəfələrlə nizam-intizama dəvət edilsə də, o buna məhəl qoymayıb. Yol polisi şöbəsinin əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, həmin şəxsin sürücülük vəsiqəsi yoxdur və avtomobili sürücülük hüququ olmadan idarə edir. Avtomobil duracağa yerləşdirilərkən həmin şəxs qazi olduğunu bildirib. Yoxlama zamanı onun qazi olmadığı, yalandan qazi adından istifadə etdiyi aşkarlanıb.
O saxlanılıb və faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə məhəl qoymamaq) maddələri ilə protokol tərtib olunub.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə şəxs 10 gün inzibati qaydada həbs edilib.
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












