Bakıda toy karvanında "şou" göstərənlərin görüntüləri yayıldı - BİABIRÇILIQ - VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “toy karvanları”nda iştirak edən sürücülərə müraciət edib.
NİİM-dən Avtosfer.az-a verilən xəbərə görə, ötən gün paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində “toy karvanı”nda hərəkət edən bir neçə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib. Nəticədə yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb.
"Ümumilikdə müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri göstərir ki, “toy karvanları”nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar. Belə hallarda bəzi sürücülər hərəkət zamanı qəza dayanma işıq siqnallarını yandırır, hərəkət zolaqlarını zəbt edir, avtomobili arxa-arxaya hərəkət etdirir və manevr qaydalarını pozaraq digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bir daha müraciət edərək xatırladır ki, “toy karvanı”nda iştirak edən nəqliyyat vasitələri yolun sağ zolağı ilə, ardıcıl şəkildə hərəkət etməli, süni sıxlıq və qəza şəraitinin yaranmasına yol verməməlidirlər: "Yol hərəkəti qaydaları hər kəs üçün eynidir. Şad gününüzü kədərli günə çevirməyin", NİİM-dən bildirilib.
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












