Bakının gecə mafiyası iş başında; səkini kəsib parkinqə çevirdilər - FOTO

Xətai rayonunda gecə saatlarında paytaxtda daha bir səkini özəlləşdirmə faktı qeydə alınıb. Hadisə ilə bağlı görüntüləri izləyicilər Qaçaq Nabi küçəsindən göndəriblər.
Avtosfer.az xəbər verir ki, fotolardan da göründüyü kimi, küçədə səkidən qanunsuz şəkildə hissə kəsilərək avtomobillərin dayanması üçün yer genişləndirilib. Sakinlər bildirirlər ki, bu cür müdaxilələr həm piyadaların hərəkət təhlükəsizliyini pozur, həm də küçədə nəqliyyatın axınına mane olur.
Ərazi sakinləri məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini, səkilərin qanunsuz olaraq daraldılmasının qarşısının alınmasını tələb edirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Xətai rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə səkinin qanunsuz zəbt edilməsinin qarşısı alınıb və bərpası həyata keçirilir.
Eltac Zülfüqaroğlu






Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO













