Baş Dövlət Texniki Nəzarət Xidməti 10 aylıq statistikanı açıqladı – Xeyli artım var

Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 2018-ci ilin 10 ayı ərzində fermerlərə və mexanizatorlara göstərdiyi xidmətlər açıqlanıb. Xidmətdən Avtosfer.az-a bildirilir ki, göstərilən xidmətlər iilbəil artmaqda davam edir. Son 3 ilin müqayisəsi göstərir ki, BDTNX görülən işlərin miqdarını xeyli artırıb. Belə ki, dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinin sayı 2016-cı ilin 10 ayı ərzində 3925, 2017-ci ilin 10 ayı ərzində 7443 idisə bu ilin analoji dövründə bu rəqəm iki dəfə artaraq 14244 ədəd təşkil edib. Bundan əlavə, kənd təsərrüfatına aid nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi 2016-cı ilin 10 ayında 16763, 2017-ci ildə 23966, bu ilin 10 ayında isə 37262 ədəd olub. Traktor və digər mexaniki nəqliyyat vasitələrinə aid sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsində də artım var. Belə ki, 2016-cı ildə bu rəqəm 3395 ədəd idisə bu ilin 10 ayında 5465-ə çatıb. Göstərilən dövr ərzində kənd təsərrüfatı texnikalarını idarə edənlərə qarşı Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən tərtib olunmuş inzibati protokolların sayı 615-dən 1181-ə çatıb.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO















