Başqasını vurmamaq üçün qaydanı məcburən pozan sürücü cərimə edilə bilər? – AÇIQLAMA

Paytaxt yollarında hər gün minlərlə avtomobil hərəkət edir və sürücülər müxtəlif situasiyalarla üzləşir.
Avtosfer.az xəbər verir ki, bəzən gözlənilməz hadisələr, qəza təhlükəsi, qəfil maneələr və ya piyadaların yola atılması kimi vəziyyətlər sürücünü yol hərəkəti qaydalarını pozmağa vadar edə bilər. Belə anlarda bir çox sürücü düşünür: “Əgər təhlükəni önləmək üçün qanunu pozsam, mənə cərimə yazılar?”

Məsələ ilə bağlı hüquqşunas Ərşad Hüseynov Avtosfer.az saytına açıqlamasında bilidirb ki, yol nəqliyyat hadisələri əsasən iki cür olur:
“Cinayət xarakterli hadisələr – bu zaman zərərçəkmişin sağlamlığına az ağır və ya ağır zərər dəyir, yaxud ölüm baş verir. Belə hallar cinayət xarakterli hesab olunur.
İnzibati xəta xarakterli hadisələr – əgər zərərçəkənin sağlamlığına ciddi zərər dəyməyibsə və yalnız qayda pozulubsa, bu, inzibati xəta kimi qiymətləndirilir”.
Hüquqşunas qeyd edib ki, hər iki halda məsuliyyətdən azad olmağın bir yolu var, yəni son zərurət vəziyyəti:
“Son zərurət halının şərtləri dedikdə, birinci şərt təhlükə mövcudluğu nəzərdə tutulur. Son zərurət vəziyyəti insanın şəxsi həyatına, sağlamlığına, əmlakına, başqalarının həyat və sağlamlığına, əmlakına və ya dövlətin və cəmiyyətin mühüm maraqlarına təhlükə yaradan haldır. Məsələn, qəza təhlükəsi.
İkinci şərt isə başqa variantın olmamasıdır. Təhlükənin qarşısını almaq üçün başqa yol olmamalıdır, sürücü yalnız qayda pozaraq təhlükənin qarşısını ala bilər. Məsələn, qırmızı işıqdan keçmək və ya maşını divara çırpmamaqla qəzanın qarşısını almaq.
Üçüncü şərt isə qayda pozuntusunun ölçülü olması. Təhlükənin qarşısını almaq üçün törədilmiş qayda pozuntusu qarşısı alınan təhlükənin nəticəsindən daha ağır olmamalıdır. Məsələn, sürücünün kimisə vurub xəsarət yetirməsinin qarşısını almaq üçün maşını divara çırpmışsa, nəticə daha yüngül olmalıdır. Son zərurət zamanı bu həddi aşmaq olmaz. Yəni, bilə-bilə vurulmuş ziyanın qarşısı alınan ziyanın nəticəsindən daha böyük olmamalıdır. Əgər bu üç şərt eyni vaxtda mövcuddursa və sübut olunursa, sürücü məsuliyyətdən azad edilir”.
Fidan
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












