“Bəzi sürücülər “kim qabağa düşdü, düşdü” prinsip ilə hərəkət edir” – EKSPERTDƏN AÇIQLAMA - FOTO

Svetofor işləmədikdə və yol nişanlarının da olmadığı hallarda sürücülər “Yol hərəkəti haqqında” qanunun əsas prinsiplərinə əsaslanmalıdırlar. Bu cür vəziyyətlərdə xüsusi olaraq qeyd olunur ki, sürücülər yolayrıcında sağdan gələn nəqliyyat vasitəsinə yol verməlidirlər. Yəni heç bir nişan və ya svetofor yoxdursa, həmin ərazidə kiminsə sağında olan sürücü dayanmalı və sağdan gələnə yol verməlidir. Bu, yol hərəkətinin nizamlı və təhlükəsiz şəkildə davam etməsi üçün vacib bir qaydadır.
Ancaq təəssüf ki, bu prinsipə ölkəmizdə çox da əməl olunmur. Bəzi sürücülər bu qaydanı ümumiyyətlə bilmirlər, bəziləri isə bilə-bilə ona əməl etmirlər. Onların düşüncəsində sanki qaydalar deyil, şəxsi üstünlük və sürət əsas rol oynayır. Nəticədə, sürücülər bir-birini nəzərə almadan, qarşı tərəfin haqlı olub-olmadığını düşünmədən öz yoluna davam etməyə çalışır. Belə davranışlar isə adətən yollarda anlaşılmazlıqlara, mübahisələrə, hətta qəzalara və tıxaclara səbəb olur. Bəzən elə vəziyyət yaranır ki, kəsişmədə heç kim yol vermək istəmir, hamı bir-birinə mane olur və sonda hərəkət tam dayanır. Bu isə həm vaxt itkisinə, həm də yol hərəkəti mədəniyyətinə zərbə vurur.

Bəs belə vəziyyətlərdə yol hərəkəti qaydasını kim müəyyən edir və qayda pozanlar haqlı rolda ola bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, "Yol hərəkəti haqqında" qanunun tələblərinə görə, svetofor işləmədikdə sürücülər yol nişanlarını əsas tutmalıdırlar:

“Yol nişanları da yoxdursa, yol ayrıclarında sağdan gələn nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidirlər və ona uyğun davranmalıdırlar. Amma təəssüf ki, bizdə bu qaydaları çoxları bilmir və yaxud da bilib əməl etmək istəmir. Sanki “kim qabağa düşdü, düşdü” prinsipi ilə hərəkət etməyə çalışırlar. Bu da yol-nəqliyyat hadisələrinə, tıxaclara səbəb olur”.
Eltac Zülfüqaroğlu
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












