Bəzi sürücülər "vura-vura öyrənərəm" düşüncəsi ilə maşın sürür - EKSPERT

Son illər gənclərin sürücülüyə marağı xeyli artıb və artıq çox sayda gənc sürücü yol hərəkətinin aktiv iştirakçısına çevrilib. Lakin təcrübələrinin az olması və sürücülük vərdişlərinin hələ formalaşma mərhələsində olması onların qəza riskini artırır. Eyni zamanda bəzən sürət həddi pozuntusu, diqqətin yayınması və riskli manevrlərə meyillilik gənc sürücülərin davranışlarını təhlükəli edə bilər.
Avtosfer.az xəbər verir ki, bütün bu amillər nəzərə alınmaqla, gənc sürücülərin təhlükəsizliyinin təmin olunması yalnız yol hərəkəti qaydalarına riayət etməklə kifayətlənmir. Eyni zamanda maarifləndirmə, düzgün sürücülük təhsili və profilaktik tədbirlərin həyata keçirilməsi vacibdir.

Bununla bağlı nəqliyyat eksperti Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, gənclər arasında məsuliyyət səviyyəsi xeyli artsa da, hələ də bu sahədə fərqliliklər mövcuddur:
"Bir qismi çox məsuliyyətli, bir qismi isə o qədər də diqqətli deyil. Məsuliyyətli gənclərin formalaşmasında valideyn tərbiyəsi böyük rol oynayır. Onlar maşın sürməyin təhlükəli olduğunu anlayır, ciddi sürücülük kurslarına yazılır və öyrənirlər. Belə gənclərimizin sayı həddindən artıq çoxdur və bu, müsbət tendensiya hesab olunur. Digər tərəfdən, bir qisim gənclər isə avtomobil idarəetməsini düzgün öyrənmək əvəzinə, orada-burada, bəzən çimərlikdə, qohumlarla və ya tanışlarla sadəcə bir-iki dairə vuraraq, “vura-vura öyrənərsən” fikri ilə hərəkət edirlər. Bu isə təhlükəli vərdişlərin yaranmasına və yol qəzalarına səbəb ola bilər. Ona görə də gənclər həmişə ehtiyatlı olmalı, sürücülük zamanı diqqətli davranmalıdırlar. Ümumiyyətlə məsuliyyətli sürücülər maşının xətalarını, yol şəraitini və riskləri düzgün qiymətləndirməyi bilirlər. Ən önəmlisi isə düzgün kurs seçməkdir. Yalnız avtomobil sürməyi öyrənmək kifayət etmir. Gənclər həm də qəzalardan necə qaçmağı öyrənməli və bu bacarıqları sürücülük kurslarında mənimsəməlidirlər. Bu onların həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək baxımından həyati önəm daşıyır”.
Nurcan Babək
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












