Binədə sürücü hər gün maşını piyada keçidinin qarşısında saxlayıb təhlükə yaradır - 99-LK-176 - VİDEO

Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində qayda pozan sürücü vətəndaşların narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, rayonun Əli İsazadə küçəsində yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğu müşahidə edilib.
Belə ki, “QAZel” markalı, 99-LK-176 dövlət qeydiyyat nişanlı yük maşını piyada keçidinin yaxınlığında park edilib. Fotodan da aydın görünür ki, “QAZel”in sürücüsü piyadaların təhlükəsiz hərəkətinə maneə yaradıb və onları yolu keçərkən çətin vəziyyətə salıb. Sakinlər bildirirlər ki, bu hal artıq sürücüdə vərdiş halı alıb və o hər gün avtomobili eyni yerdə saxlayır. Vətəndaşlar aidiyyatı qurumların məsələni daimi nəzarətdə saxlamasını tələb edir.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, nəqliyyat vasitələrinin piyada keçidinin üzərində, eləcə də piyada keçidinə 5 metr qalmış və keçiddən 5 metr keçənədək dayanması və ya durması qadağandır.
Səfər
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












