“Brızqovik”ləri çıxarmağa görə sürücü cərimə edilə bilər? – EKSPERT AÇIQLADI - FOTO

Avtomobillərin arxa təkərləri üzərində quraşdırılan və “brızqovik” kimi tanınan palçıq qoruyucularının istifadəsi ilə bağlı cərimə məsələsi sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Avtosfer.az xəbər verir ki, sürücülər arasında bu qoruyucuların qadağan edilib-edilmədiyi və istifadəyə görə cərimə tətbiq olunub-olunmayacağı ilə bağlı suallar artmaqdadır. “Brızqovik” lərin çıxarılması ilə bağlı cərimələr var mı?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı saytımıza bildirib ki, nəqliyyat vasitələrinin müəyyən texniki tələblərə cavab verməsi qanunla tələb olunur.
"Bu tələblərdən biri də “brızqovik”lərin, yəni palçıqəleyhinə qoruyucuların avtomobildə yerində olub-olmamasıdır. Qeyd etmək lazımdır ki, birzaviklər bütün avtomobil modellərində mövcud deyil. Onlar əsasən sovet və Rusiya istehsalı olan avtomobillərdə istehsalçı zavod tərəfindən təhlükəsizlik məqsədilə quraşdırılır. “Brızqovik”lər avtomobil üçün çox vacib bir element sayılmasa da, onların funksiyası olduqca önəmlidir. Belə ki, bu detal palçığın və suyun arxada və ya yanlarda hərəkət edən digər nəqliyyat vasitələrinin üzərinə sıçramasının qarşısını alır. Bu da həm digər sürücülərin təhlükəsizliyi, həm də yol hərəkəti mədəniyyəti baxımından əhəmiyyətlidir".
Ekspert qeyd edib ki, “brızqovik”lər bəzi hallarda yol patrul xidmətinin avtomobilin texniki vəziyyətini vizual olaraq qiymətləndirməsinə kömək edir.
"Məsələn, avtomobilin çox yüklü olub-olmaması, yay sistemində dəyişiklik olub-olmaması, konstruksiyasında hər hansı bir qeyri-qanuni müdaxilə olub-olmaması bu detallar vasitəsilə müşahidə oluna bilər. Bununla yanaşı, “brızqovik”lərlə yanaşı, digər ehtiyat hissələrinin də avtomobildə olmaması və ya texniki nasazlığı inzibati məsuliyyətə səbəb ola bilər. Məsələn, şüşəsilənlərin yerində olmaması və ya mühərrikdə texniki nasazlığın olması sürücüyə qarşı 50 manat məbləğində cərimə ilə nəticələnə bilər".

Elməddin Muradlı vurğulayıb ki, “brızqovik”lərin olmaması texniki nasazlıq kimi qiymətləndirilir:
"Bu səbəbdən, avtomobilin cərimə meydançasına aparılmasına ehtiyac olmur və cərimə ilə kifayətlənilir. Belə hallarda yol polisi tərəfindən yalnız texniki nasazlığa görə 50 manat cərimə tətbiq olunur. Nəticə etibarilə, istehsalçı tərəfindən nəzərdə tutulmuş detalların o cümlədən birzaviklərin avtomobildə yerində olması vacibdir və onların olmaması inzibati məsuliyyət yaradır".
Fidan
YDM-ə əks istiqamətdən girib özünə haqq qazandırdı: “Mən belə girirəm, əcəb edirəm” - VİDEO
Səki və piyada keçidini bağlayan sürücü hərəkətə mane oldu - FOTO
Maşını yolayrıcında saxlayıb söhbət edən sürücü avtomobillərin yolunu kəsdi - VİDEO
Sürücü birtərəfli yolun əksinə çıxıb axına qarşı hərəkət etdi - VİDEO
3 bal dəyərində cəriməsi var - XƏBƏRDARLIQ - VİDEO
Sürücü keçidin üstündə dayanıb piyadalara “yol verdi” - 77-OL-498 - VİDEO
Binəqədidə qayda tanımayan sürücülər piyadaları yola çıxmağa məcbur etdi - VİDEO
Masazırda mopedlə “hoqqa” verən yeniyetmə yolda təhlükə yaratdı - VİDEO
Sürücü avtomobili elə saxladı ki, piyadaya yer qalmadı – VİDEO - YENİLƏNİB
Bakıda yeniyetmə “BMW” sürüb videosunu sosial şəbəkədə paylaşdı - VİDEO
Gözləməyə səbri çatmayan sürücü qəza şəraiti yaratdı - VİDEO








