Bu halda sürücülər 500 manat cərimə edilir – Bəs maşın cərimə meydançasına aparılır?

Bəzən avtomobillərin istifadəsi zamanı dövlət nömrə nişanları yararsız hala düşür. Əsasən, yol qəzaları, materialında yaranmış qopmalar, hansısa yad cismin nömrənin üzərini örtməsi və nişanın üzərində plyonka qatı xarab olması kimi hallarda. Bu cür vəziyyətlərdə sürücünü hansı məsuliyyət gözləyir.
Həmin vəziyyətdə nəqliyyat vasitəsi cərimə meydançasına aparıla bilərmi?
Avtosfer.az-ın məlumatlna förə, mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, belə hallarda sürücülərə cərimələr tətbiq olunur:
“Sürücü əgər dövlət nömrə nişanının üzərini xüsusi olaraq və bilərəkdən bağlayıbsa yaxud çıxarıbsa, burada cərimə 500 manatdan başlayır. Bəzi hallarda isə avtomobil idarə olunan zaman dövlət nömrə nişanının üzəri palçıqlı olur və onu oxumaq mümkün olmur. Bu zaman vətəndaş 40 manat məbləğində cərimə olunur. Avromobilin həm önündə, həm də arxasında dövlət nömrə nişanı görünən və oxunan vəziyyətdə olmalıdır. Onların hər hansı birində zədə olarsa, birinin üzəri xüsusi olaraq bağlansa və ya ümumiyyətlə nömrənin özü olmasa, bu da artıq məsuliyyət yaradır və sürücü qeyd etdiyim məbləğdə cərimə oluna bilər. Yağmurlu havalarda belə əgər dövlət nömrə nişanı palçıqlı qalıbsa, bu da məsuliyyət yaradır və 40 manat cərimədir. Ona görə də sürücü daimi avtomobilinin dövlət nömrə nişanını təmiz saxlamalıdır”.
Ekspert nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması vəziyyətinə də aydınlıq gətirib:
“Avtomobilin dövlət nömrə nişanı yoxdursa, onun idarəolunması məhdudlaşdırılır. Sürücüyə həmin avtomobili idarə etməyə imkan verilmir. Həmin nömrə sürücüdən tələb edilir. Əgər yoxdursa, avtomobil cərimə meydançasına aparıla bilər. Sürücü avtomobilin dövlət nömrə nişanının oxunmasının qarşısını alan hər hansı bir cihaz quraşdırıbsa, həmin cihaz müsadirə edilir və vətəndaş yenə də 500 manatdan başlayan məbləğdə cərimə edilir”.
Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi - FOTO
Toy karvanında "avtoş"luq edən sürücü HƏBS EDİLDİ
Birbaşa əsas yola çıxan sürücü maşının qarşısını kəsib təhlükə yaratdı - VİDEO
İşıqforu heçə sayan sürücü dayanmadan keçdi - 99-OF-555 - VİDEO
Bakıda parklanma xaosu: Avtomobillər bir-birinin çıxışını çətinləşdirdi – VİDEO
Özünü maşınların önünə atan piyada təhlükəli anlar yaşatdı - VİDEO
Kəmər taxmır, əllərini də sükandan çəkib "Tiktok" üçün video hazırlayır - VİDEO
Bütöv xətti tapdalayan sürücü tuneldə də qayda tanımadı - VİDEO
Öz rahatlığını düşünən sürücü qaydaları kobud şəkildə pozdu - VİDEO
Sağlamlığı qaydasında olmayan ananın yoldakı faciəsi – Ərşad Hüseynov dəhşətli qəzanı şərh etdi - VİDEO
Sürücü zolaqları kəsə-kəsə ən sağa keçib təhlükə yaratdı - VİDEO










