Bu il Bakıda baş verən yol qəzalarında 147 nəfər ölüb

Bu ilin 9 ayı ərzində Bakıda baş verən 430 yol-nəqliyyat hadisəsində 147 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, bunu cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib. O bildirib ki, yol qəzalarında 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4 faiz, xəsarət alanların sayı isə 7,1 faiz azalıb. Əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərindən olan yоl hərəkətinə nəzarət prоsеsində 668.406, о cümlədən sürət rеjiminə əməl оlunmaması ilə bağlı 303.969, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 25.738, nəqliyyat vasitəsinin sərхоş vəziyyətdə idarə оlunması ilə bağlı isə 1.769 inzibati хəta aşkar еdilib”.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












