Bu keçiddən növbəti şikayət: Dayanmış piyadalara görə cərimə yazılır - VİDEO

Son günlər sosial şəbəkədə Bakı şəhərinin Nizami rayonu ərazisində sürücülərə haqsız yerə cərimə yazılması ilə bağlı məlumat yayılır. Bir neçə gün öncə Avtosfer.az saytında yayımlanan videogörüntüdə bir sürücü həmin ərazidə qayda pozmadığı halda cərimələndiyini iddia edirdi. Belə ki, sürücü keçidin qarşısında dayanan piyadaya yol versə də, o, yolu keçmir. Lakin sürücüyə bununla bağlı cərimə tətbiq edilib.
Yayılmış videogörüntüdən sonra redaksiyamıza müraciət edən bir oxucu həmin piyada keçidi ilə bağlı daha bir iddia irəli sürüb. Onun sözlərinə görə, sözügedən ərazidə eyni üsulla bir neçə sürücü haqsız yerə cərimələnib. Oxucu iddia edir ki, bizim əvvəl paylaşdığımız videogörüntü ilə indi qeydə alınan yeni görüntüdə keçidi keçən piyada eyni şəxsdir. Lakin o, həqiqətən yolu keçmək niyyətində deyil, əksinə, piyada keçidində dayanaraq sürücülərin ona yol vermədiyi görüntüsünü yaradır. Bununla da, görünən odur ki, bəzi hallarda süni şəkildə qayda pozuntusu yaradılaraq sürücülərə cərimə tətbiq olunur.
Qeydə alınmış videogörüntüləri təqdim edirik.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












