Bu küçədə sürücülər dayanma-durma qaydasına əməl etmirlər: Piyadalar təhlükə ilə üz-üzə qalıb - VİDEO

Paytaxtın mərkəzi küçələrindən biri olan Mehdi Hüseyn küçəsində dayanma-durma qaydalarının pozulması artıq adi hal alıb. Avtosfer.az-ın qaynar xəttinə göndərilən videogörüntü də bunu təsdiqləyir.
Kadrlardan göründüyü kimi, Niyazi küçəsi ilə kəsişmədə avtomobillər döngə boyunca park edilib. Belə vəziyyət nəqliyyatın hərəkətini çətinləşdirməklə yanaşı, həm də qəza riskini artırır. Daha narahatedici məqam isə sürücülərin piyada keçidlərinin qarşısında dayanmasıdır. Bu səbəbdən piyada keçidləri görünməz hala gəlir və piyadalar yolu keçərkən ciddi təhlükə ilə üzləşirlər. Avtomobilin qarşısından yola çıxan piyadalar dəfələrlə təhlükə ilə üz-üzə qalıblar. Hərəkətdə olan sürücülər onları son anda gördükləri üçün qəfildən dayanırlar ki, bu da arxadan gələn avtomobillərə də təhlükə yaradır.
Qanunvericiliyə görə, istər yolayrıcılarında, istərsə də piyada keçidlərində dayanma-durma qadağandır. Bu yerlərə 5 metr məsafədən yaxın dayanmaq inzibati cərimə ilə nəticələnə bilər.
Fərid
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












