Bu nişanı kimin qoyduğu bilinmir - Mənası nədir?

Paytaxtın Səbail rayonu Rəsul Rza, 9 ünvanında səkinin yanına qoyulan nişan müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, sürücülər nişanın izahı ilə bağlı ekspert Ərşad Hüseynova müraciət ediblər. Ə.Hüseynov sosial şəbəkədə cavab olaraq bildirib ki, sözügedən nişan (buna nişan deməzlər) təfəkkürsüzlüyü ifadə edir: “Belə nişan yoxdur, ola bilməz. Hazırda ölkəmizdə yol hərəkətinin təşkili üzrə rəsmi səlahiyyəti olan qurumların (BNA və DYP) belə elementar səhv edə bilməsi inandırıcı deyil. Orada çalışanlar qanunda hansı nişanlar olduğunu bilirlər. Belə cəfəngiyyata yol verməzlər. Amma mütləq onu bura qoyanı tapmaq lazımdır. Maraqlıdır, görək belə özbaşınalıq edən kimdir?”.
***
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, sözügedən nişanla bağlı məlumatdan xəbərdardılar: “Həmin nişan Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən qoyulmayıb. Ərşad Hüseynovun da qeyd etdiyi kimi, elə bir nişan qanunvericilikdə yoxdur. Məsələ bizə agah olan kimi nişanın həmin ərazidən götürülməsi ilə bağlı tapşırıq verilib. Kim tərəfindən qoyulması ilə bağlı araşdırmalar aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












