Bu sürücü zolaqla hərəkət edə bilmir; qəza şəraiti yaradır - VİDEO

Bakıda manevr qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 10-da, paytaxtın Mikayıl Müşfiq küçəsində qeydə alınıb.
Belə ki, 90-YL-967 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü svetoforun yaşıl işığında hərəkətə başlayan zaman orta zolaqdan sağa manevr edib. Daha sonra yolun döngəli olan hissəsində sağ zolaqla hərəkət etmək əvəzinə, qəfildən sol zolağa manevr edərək görüntünü qeydə alan avtomobilə təhlükə yaradıb.
Qeyd edək ki, əksər sürücülər yolun döngə olan hissəslərində manevr qaydalarına əməl etmirlər. Yol sağa doğru döngədirsə sürücülər sola, yol sola doğru döngədirsə sağa manevr edərək zolaqdan kənara çıxırlar. Bu isə qəzalara gətirib çıxara bilir.
Ona görə də yolun hansı istiqamətə döngə olmasından asılı olmayaraq sürücü zolaqdan kənara çıxmamalıdır.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












