Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı

Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.
Bu tələblərin pozulmasına görə sürücülər üçün hansı inzibati məsuliyyət və cərimələr tətbiq edilir? Azyaşlı uşaqların avtomobilin ön oturacağında əyləşdirilməsinə hansı hallarda icazə verilir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "demokrat.az"a bu barədə açıqlama verən hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirilməsini əks etdirən görüntülərlə bağlı əsas hüquqi məsələ uşağın hansı oturacaqda yerləşdirilməsi deyil, onun təhlükəsizlik tələblərinə uyğun daşınıb-daşınmamasıdır:
""Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, 12 yaşına çatmamış uşaqların minik avtomobilində daşınması zamanı onların təhlükəsizliyini təmin edən xüsusi qurğulardan istifadə edilməlidir. Belə ki, uşağın ön oturacaqda daşınmasına yalnız onun yaşına, boyuna və çəkisinə uyğun xüsusi uşaq təhlükəsizlik qurğusu quraşdırıldığı halda yol verilə bilər.
Xüsusilə qeyd edilməlidir ki, uşağın sadəcə ön oturacaqda olması deyil, təhlükəsizlik qurğusundan istifadə edilməməsi və ya sərnişinlərin daşınması qaydalarının pozulması da hüquqi məsuliyyət yaradır.
Belə hallara görə məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulur. Həmin maddəyə əsasən, sərnişinlərin daşınması qaydalarının pozulmasına görə sürücü 100 manat məbləğində inzibati cərimə edilir".
Hüquqşünas vurğulayıb ki, qanunun məqsədi uşağın avtomobildə yerləşdirilməsini məhdudlaşdırmaq deyil, qəza zamanı onun xəsarət alma riskini minimuma endirməkdir:
"Buna görə də sürücülər azyaşlı sərnişinləri yalnız təhlükəsizlik kəmərləri və yaş xüsusiyyətlərinə uyğun xüsusi qoruyucu vasitələrlə təmin etməli, uşağın fiziki göstəricilərinə uyğun olmayan oturacaqdan istifadə etməməlidirlər. Azyaşlı uşağın ön oturacaqda daşınması yalnız xüsusi təhlükəsizlik qurğusundan istifadə edilməklə mümkündür. Bu tələbə əməl edilmədikdə isə məsələ uşağın ön və ya arxa oturacaqda olmasından deyil, sərnişin daşıma qaydalarının pozulmasından irəli gələn inzibati məsuliyyət kimi qiymətləndirilir".
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO












