COP29-dan sonra taksilərin aqibəti necə olacaq? - Yollar tam bağlanacaqmı? - VİDEO

Azərbaycanda bu ayın 11-də başlaması planlaşdırılan COP29 beynəlxalq konfransı ilə əlaqədar ölkə ərazisində, xüsusən paytaxda nəqliyyat infrastrukturuna dəyişikliklər edilib. Edilən dəyişikliklər müəyyən küçə və prospektlərdə sıxlıq yaratsa da, şərdə ictimai nəqliyyatın hərəkətindəki inkişaf göz önündədir.
Avtosfer.az xəbər verir ki, Bakının bir çox küçə və prospektlərində xüsusi zolaqların təşkili ictimai nəqliyyatdan istifadə edən vətəndaşları məmnun etsə də, şəxsi avtomobil idarəçiləri zolaqlarda ani dayanmalara icazə verilmədiyi üçün bu məsələdən narazıdırlar.
Xüsusilə taksi sürücüləri müştəri götürmək üçün zolaqlara daxil ola bilmədiyi, buna görə də, avtobus zolaqlarına paralel 2-ci cərgədə saxlamağa görə belə cərimələnmələrindən şikayət edirlər,
Mövzu ilə əlaqədar nəqliyyat eksperti, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı bildirib ki, beynəlxalq konfrans başa çatdıqdan sonra taksilərlə bağlı məsələni yenidən gündəmə gətirərək müzakirə etmək olar:
“Bildiyiniz kimi, ayın 1-dən etibarən COP29 zolaqlarına daxil olmaq sürücülərə qadağan edildi və bu qaydanı pozanlar avtobus zolağı ilə bağlı olduğu kimi, 100 manat və 2 bal cərimələnəcəklər. Həmin zolaqların bəzilərində nə yol nişanı vardı, nə COP29 loqosu... Sadəcə ağ xətlə ayırıb bitirmişdilər işi. Təklif olundu ki, yenidən zolaqlarla bağlı təhlillər aparılsın. Nə nişan var, nə nişanlanma xətti var. Amma sürücüyə cərimə yazılır, bu düzgün deyil. Ümumilikdə, ayın 8-ə qədər ali və orta təhsil müəssisələrində dərslər davam edirdi. 8-i bayramdır və sonrasında tətil başlayır. Sonrakı müddətdə də onlayn tədrisə keçid edilir. Yaxşı olardı ki, COP29 zolaqlarında hərəkəti ayın 8-ə qədər uzadardılar”.
Elməddin Muradlının nəqliyyat istiqamətindəki dəyişikliklər və tədbirdən sonrakı dövrdə gözlənilənləri şərh etdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Son anda sağa dönən sürücü motosikletçiyə təhlükə yaratdı - VİDEO
Yük maşını ilə əks yola çıxdı – 99-BD-864 - VİDEO
Maştağada qaydaları gözardı edən moped sürücüləri təhlükə saçdı - VİDEO
Bakıda tıxacdan qaçan “Range Rover” sürücüsü qəza törətdi - VİDEO
Narkotik istifadən edən sürücü 20 SUTKA HƏBS EDİLDİ - VİDEO
Səbəbsiz yerə tormoz verən sürücü ötməyə imkan yaratmadı - VİDEO
Azərbaycanlı rəqqasədən utancverici hərəkət: Butulkanı başına çəkib tapanca çıxardı - VİDEO
Gecə yarısı "ruçnoy" çəkən sürücü maşını belə fırlatdı - VİDEO
Qəza şəraiti yaratdı üstəlik qarşı tərəfi günahlandırdı – 99-HJ-022 - VİDEO
Bakıda “şou” göstərən motosikletçi az qala maşına çırpılacaqdı - VİDEO
Bakıda uşaq sürücünün qucağında maşın sürdü - VİDEO













