Dairədə qaydaları pozan sürücü hərəkəti ləngidib təhlükə yaratdı - VİDEO

Abşeron rayonu, Masazır dairəsində yol hərəkəti qaydalarını pozan sürücü avtomobil kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-da saat 19:34 radələrində qeydə alınıb.
Belə ki, 99-CY-091 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü zolaqda düzgün yerləşmə və manevr qaydalarını pozub.
Kadrlardan aydın olur ki, sürücü yalnız düzünə hərəkətə icazə verilən ən sağ zolağa daxil olduğu halda, hərəkətə başlayan zaman solda dayanmış nəqliyyat vasitələrinə yol vermədən sola doğru manevr edib.
Nəticədə o, hərəkətdə olan avtomobillərin qarşısını kəsərək qəza şəraiti yaradıb və digər sürücülərin hərəkətini məhdudlaşdırıb.
Yol hərəkəti qaydalarına əsasən, sürücülər zolaqda hərəkət istiqamətinə uyğun yerləşməli və yalnız icazə verilən istiqamətdə manevr etməlidirlər.
Nərmin
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












