DİN-dən velosiped sürənlərin cərimələnməsi ilə bağlı AÇIQLAMA
Qaydalar
18 Avqust 2020 02:12

Son vaxtlar yalnız paytaxt Bakıda deyil respublikanın digər şəhər və rayon mərkəzlərində də velosiped sürənlərin polis əməkdaşları tərəfindən saxlanılaraq cərimələnməsinə dair məlumatlara tez-tez rast gəlinir. Bu, hansı zərurətdən irəli gəlir?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polkovnik Ehsan Zahidov oxu.az-a bildirib ki, həmin şəxslər velosiped sürdüklərinə görə deyil, məhz qaydaları pozduqlarına görə barələrində inzibati tədbirlər görülür: “Biz də vətəndaşlarımızın velosipeddən istifadə etmələrinin tərəfindəyik və alqışlayırıq da. Çünki velosipedin həm sağlamlığa müsbət təsiri var, həm də ekoloji baxımdan da olduqca sərfəli hərəkət vasitəsidir.
Lakin qanun velosipedi harada və necə gəldi sürməyə icazə vermir. Hərəkətin intensiv olduğu və sıxlıq olan yerdə velosipedin sürülməsi həm orada istirahət edən insanlara mane olur, həm də təhlükə yaradır. Dəfələrlə yol-nəqliyyat hadisələri qeydə alınıb ki, hadisəyə səbəb məhz velosipedçi olub. Ona görə də velosipeddən istifadə edən vətəndaşlarımız mütləq qaydada qanun və qaydaya riayət etməli və velosipedi onlar üçün ayrılmış məkanlarda, ətrafdakı insanların, nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etməlidirlər.
Belə olarsa, onlar cərimələnmədən, öz həyatlarını təhlükəyə qoymadan velosipedlərini rahat şəkildə sürüb sağlamlıqlarının qayğısına qalmış olacaqlar. Bir daha vurğulayıram ki, barələrində inzibati tədbir görülənlər velosiped sürdüklərinə görə deyil, məhz qaydalara əməl etməyərək, velosipedlərini müəyyən edilməyən yerlərdə sürdüklərinə görədir”.
Oxunub : 5688
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 19:40
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 18:37
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
23 Oktyabr 2026 16:30
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 16:00
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
23 Oktyabr 2026 10:00
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
23 Oktyabr 2026 09:00
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
22 Oktyabr 2026 18:00
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
22 Oktyabr 2026 17:00
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
22 Oktyabr 2026 15:18
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
22 Oktyabr 2026 09:00
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
21 Oktyabr 2026 17:00
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
21 Oktyabr 2026 14:30
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
ŞƏRH YAZ












