DYP toy karvanlarında şou göstərənlərin görüntülərini yaydı - Sərt XƏBƏRDARLIQ - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin toy karvanlarında yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Toy insan həyatının ən sevincli və unudulmaz günlərindən biridir. Baş Dövlət Yol Polisi İdarəsi də bu münasibətlə bütün ailə quranlarq xoşbəxtlik və rifah arzulayır.
Lakin müşahidələr göstərir ki, toy karvanlarına qoşulan bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq ümumi hərəkət təhlükəsizliyinə ciddi risklər yaradırlar. Sürət həddinin aşılması, təhlükəli manevrlərin edilməsi, səs siqnallarından həddindən artıq istifadə, avtoxuliqanlıq xarakterli davranışlar və digər hərəkət iştirakçılarına maneələrin yaradılması bu qəbildəndir. Belə halların baş verməsi isə həm karvanda iştirak edənləri, həm də digər hərəkət iştirakçılarını təhlükə altında qoyur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, toy karvanlarında:
- nəqliyyat vasitələrinin sayının məhdud saxlanılması,
- yalnız bir hərəkət zolağı üzrə hərəkət edilməsi,
- ara məsafəsinin gözlənilməsi,
- optimal sürət rejiminin seçilməsi,
- içkili halda sükan arxasına keçilməməsi
toyun xoşbəxt sonluğu üçün vacib şərtlərdir.
"Unutmaq olmaz ki, sevincli günün acı xatirəyə çevrilməməsi üçün hər bir sürücü məsuliyyətli davranmalı və yol hərəkəti qaydalarına ciddi riayət etməlidir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara əməl etməyə çağırır",- deyə müraciətdə qeyd edilib.
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












