DYP yolayrıcında qayda pozub başqalarının yolunu kəsənlərin görüntülərini yaydı - VİDEO

Yolayrıcında hərəkət səbir və intizam tələb edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.
"Müşahidələr göstərir ki, bəzi sürücülər, xüsusilə hərəkətin sıx olduğu küçə və prospektlərdə yolun kəsişmə hissəsinə yaxınlaşarkən qarşıdakı sahədə nəqliyyat sıxlığı və ya tıxac olmasına baxmayaraq, işıqforun yaşıl işığı yandığı andaca keçid hissəsinə daxil olmağa çalışırlar. Nəticədə nəqliyyat vasitələri işıqforun növbəti siqnalı verilənədək yolayrıcında dayanmağa məcbur qalır ki, bu da digər istiqamətdən hərəkət edən avtomobillərə maneə yaradaraq süni tıxaca səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bir daha diqqətə çatdırır ki, işıqforun yaşıl işıq siqnalı yalnız hərəkət hissələrinin kəsişməsi boş olduğu təqdirdə hərəkətə icazə verir. Əgər sürücü kəsişməyə daxil olduqdan sonra dayanmağa məcbur qalacaqsa, yaşıl işıq siqnalı verilmiş olsa da, hərəkətə başlamaq qadağandır.
Nəzərə almaq lazımdır ki, belə qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, həm də hərəkət intensivliyinə və təhlükəsizliyə mənfi təsir göstərir.
BDYPİ sürücülərə müraciət edərək, onları belə hallarda işıqforun siqnallarını və yol nişanlarını düzgün qiymətləndirməyə, yalnız yolun hərəkət hissələrinin kəsişmələri açıq olduqda hərəkətə başlamağa çağırır. Yaşıl işıq - hərəkət üçün icazədir, amma tıxac varsa - səbirlə gözləmək məsuliyyətli və qanunauyğun davranışdır", - deyə müraciətdə qeyd edilib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












