Əks yola çıxan sürücü maşınların üzərinə sürdü - VİDEO (Yenilənib)

"Abşeron rayonu Saray qəsəbəsi ərazisində əks yola çıxaraq hərəkət iştirakçılarına təhlükə yaradan nəqliyyat vasitəsinin sürücüsünün kimliyi müəyyən olunub". Bunu Oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib. O qeyd edib ki, hadisə Saray qəsəbəsi, Novruz Aslanov küçəsində qeydə alınıb. "Sumqayıt şəhər sakini, 77-PZ-658 dövlət qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü İsaq Elman oğlu Əliyev müvafiq nişanlanma xətlərinin tələbini pozaraq idarə etdiyi nəqliyyat vasitəsini, tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək hərəkət etdiyinə görə, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılıb. Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü-ci maddəsinə əsasən 150 manat, 4 bal məbləğində cərimə olunub. O, yaşadığı evə yaxın ərazidə qayda pozduğunu etiraf edib və etdiyi hərəkətdən peşman olduğunu bildirib", - deyə idarə rəsmisi bildirilib.
M.Ağayev eyni zamanda sürücülərə də müraciət ünvanlayıb və qeyd edib ki, bir daha sürücülərdən xahiş edirik ki, bu cür kobud qayda pozuntularına yol verib həm özlərinin, həm də başqalarının həyatını təhlükəyə atmasınlar.
***
Saray qəsəbəsində qayda pozan sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 19-da, Heydər Əliyev prospektində baş verib.
Belə ki, "Khazar" markalı avtomobilin sürücüsü yolun əks tərəfinə keçərək yüksək sürətlə axına qarşı hərəkət edib. Yolda ayırıcı zolağın, dəmir məhəccərin olmadığı halda sürücünün əks yolla hərəkət etməsi sosial şəbəkə izləyicilərini qəzəbləndirib. İki zolaqlı yolda sürücünün belə hərəkət etməsi heç cür başa düşülən deyil.
Qeyd edək ki, bu əmələ görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.
Fərid
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO













