Əks yola çıxan sürücü qarşıdan gələn avtomobilə qəza şəraiti yaratdı - VİDEO

Xırdalan dairəsindən Binəqədi Mədəniyyət Mərkəzi istiqamətində gedən yolda kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 20-də saat 20:18 radələrində qeydə alınıb.
Belə ki, 14-HC-014 dövlət qeydiyyat nişanlı “Jeep” markalı avtomobilin sürücüsü yolda yaranmış nəqliyyat sıxlığında gözləməmək məqsədilə əks hərəkət zolağına çıxaraq irəliləyib. Bu zaman ara küçədən əsas yola daxil olan avtomobilin hərəkətinə maneə yaradıb və qəza şəraiti formalaşdırıb. Qarşı tərəfdəki sürücü operativ manevr edərək avtomobilini yolun sağına yönəltməklə toqquşmanın qarşısını son anda ala bilib.
Görüntülərdən də aydın olur ki, sürücünün bir neçə saniyə vaxt qazanmaq cəhdi qəza ilə nəticələnə bilərdi. Halbuki, yolun əks istiqamətinə çıxmaq yalnız qanunla müəyyən edilmiş istisna hallarda mümkündür. Digər hallarda bu hərəkət inzibati məsuliyyət yaradan kobud qayda pozuntusu hesab edilir.
Nərmin
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO












